Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-də saat 07:10-dan 07:45-dək və 09:00-dan 09:10-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonu Azatamut kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.