Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 4-də saat 10:20-dən 10:30-dək və 20:25-dən 20:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonu Vozaşen və İcevan rayonu Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəfərli kəndi ərazisində yerləşən mövqelərimizi;
- saat 22:30-dan 22:45-dək və avqustun 5-də saat 06:25-dən 06:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.