Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 7-də saat 16:30-dan 16:40-dək və saat 19:40-dan 19:50-dək Ermənistan Respublikasının İcevan rayonu Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərimizi;  
- saat 16:30-dan 16:40-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.