Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-də saat 17:50-dən 18:15-dək və 18:20-dən 18:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:05-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;   
- saat 22:45-dən 22:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:35-dən 23:05-dək və 23:45-dən 23:55-dək Tərtər rayonunun Talış və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.