AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 21-24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun dəvəti ilə Moskvaya işçi səfərinə yola düşəcəkdir.
Səfər zamanı hərbi əməkdaşlıq məsələləri və regional məsələlərin müzakirəsi, eyni zamanda 2010-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planının imzalanması nəzərdə tutulur.