AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi və səlahiyyət müddətini başa vurmuş Koreyanın ölkəmizdəki səfiri Lyu Kvanq Çulu qəbul edib. Görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.
Sonda müdafiə naziri hər iki diplomata gələcək fəaliyyətlərində uğurlar arzulayıb.