Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 24-də saat 13:20-dən 13:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16:50-dən 17:15-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:45-dən 19:50-dək, 23:00-dan 23:20-dək, sentyabrın 25-də saat 02:40-dan 02:55-dək və 06:40-dan 06:55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:20-dən 01:35-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.