Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 11-də saat 09:25-dən 09:40-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqex kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndindəki mövqelərimizi;   
- saat 17:20-dən 17:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:05-dən 18:15-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18:30-dan 18:35-dək, 22:55-dən 23:35-dək, 23:40-dan 00:15-dək və oktyabrın 12-də saat 00:10-dan 00:20-dək, 04:10-dan 05:15-dək, 05:40-dan 06:30-dək, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Alxanlı, Aşağı Seyidəhmədli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
 - saat 22:50-dən 23:15-dək və 02:05-dən 02:10-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən;     
- saat 03:10-dan 03:30-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
 Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
 İtki yoxdur.