Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

 Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 21-də saat 12:20-dən 12:45-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 15:00-dan 15:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20:25-dən 20:35-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 21:50-dən 21:55-dək, 23:00-dan 23:10-dək, oktyabrın 22-də saat 00:30-dan 00:45-dək və 06:15-dən 06:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 00:05-dən 00:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.