Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 29-da saat 11:20-dən 11:30-dək Ermənistan Respublikasının Berd rayonunun Nerkin Narpiaxpur kəndində yerləşən mövqelərdən Ağstafa və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;   
- saat 11:30-dan 11:45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 12:10-dan 12:25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 16:20-dən 16:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:15-dən 16:40-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:15-dən 19:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:20-dən 22:25-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 09:30-dan 09:40-dək, 17:50-dən 18:20-dək, 20:30-dan 20:40-dək, 22:10-dan 22:35-dək, oktyabrın 30-da saat 01:35-dən 02:00-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.