Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 20-də saat 10:30-dan 10:45-dək Ermənistan Respublikasının Noyamberyan rayonunun Vosqepar kəndindəki mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi;
- saat    15:45-dən 16:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:00-dan 19:10-dək, noyabrın 21-də saat 01:05-dən 01:10-dək Ağdam rayonunun Mərzili və Sarcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:00-dan 21:15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 21-də saat 01:35-dən 02:00-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.