Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev  “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli proqram”da nəzərdə tutulmuş “Biz Qələbənin varisləriyik” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün MDB ökələrindən Azərbaycana gələn nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan müdafiə naziri bildirib ki, bu beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında baş tutub. Daha sonra nazir qələbənin təmin edilməsində Azərbaycanın oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan ətraflı bəhs edib. Veteranlarla səmimi və mehribanlıq şəraitində keçən görüşdə müstəqil Azərbaycan dövlətinin əldə etdiyi böyük naliyyətlər barədə qonaqları məlumatlandıran Səfər Əbiyev ölkədə həyata keçirilən yüksək ordu quruculuğu prosesi ilə də onları tanış edib.
Sonda beynəlxalq tədbirdə iştirak edən nümayəndə heyəti adından “Biz Qələbənin varisləriyik” Beynəlxalq Aksiyasının Mərkəzi Qərargahının sədri, Rusiya Federasiyası Müdafiə Nazirliyi Baş İnspektorlar Xidmətinin aparıcı analitiki, istefada olan ordu generalı Viktor Yermakov səmimi qəbul üçün Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevə dərin təşəkkürünü bildirib və ona “Biz Qələbənin varisləriyik” Beynəlxalq Aksiyasının Xatirə Nişanını təqdim edib.