Dekabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Rocer Breydi qəbul edib.
Görüşdə ABŞ-la Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Müdafiə naziri Minsk Qrupu çərçivəsində 15 ildən artıq aparılan danışıqların heç bir səmərə vermədiyini qonağın diqqətinə çatdıraraq qeyd edib ki, vəziyyətin bu cür şəkil alması Azərbaycanı toraqlarını işğaldan azad etmək üçün başqa vasitələrə əl atmağa vadar edir.