Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 11-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında müdafiə nazirinin müavini, general-leytenant Çingiz Mammədov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün brifinq keçiriblər.
Görüşdə əsas məqsəd cari ildə Azərbaycan Ordusunun əldə etdiyi naliyyətlər, ilin yekunları və gələcəkdə həyata keçiriləcək işlər barədə xarici ölkə attaşelərini tanış etmək olub.
General-leytenant Ç.Məmmədov müdafıə nazirinin adından Azərbaycanda akkreditə olunan hərbi attaşeləri salamlayaraq, məruzə üçün sözü general-mayor Ramiz Nəcəfova verib. 2007-ci ildən başlayaraq Silahlı Qüvvələrdə İPAP çərçivəsində islahatların həyata keçirildiyini deyən idarə rəisi bu prosesin 2009-cu ildə daha uğurla aparıldığını bildirib. Ramiz Nəcəfov silah və texnikanın modernləşdirilməsini, il ərzində təlim və təhsil prosesinin yüksək seviyyədə aparılmasını, yeni ştat-strukturuna keçidi, ilk dəfə Azərbaycanın xarici dövlətlərdə akkreditə olunan hərbi attaşelərinin Bakıda toplanaraq əməkdaşlıq   məsələlərinin müzakirə edilməsini, nazirlər səviyyəsində 10 rəsmi və işçi görüşün Azərbaycanda, 8 rəsmi və işçi görüşün xarici ölkələrdə baş tutmasını, sülhməramlı əməliyyatlarda iştirak edən kontingentin sayının 2 dəfə artırılmasını, 54 ölkə ilə hal-hazırda hərbi əməkdaşlıq sahəsində əməkdaşlıq edildiyini, onlardan 27 ölkə ilə 102 müqavilə və saziş imzalandığını attaşelərin diqqətinə çatdırıb.
General Ramiz Nəcəfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin arzu edildiyini, lakin bu baş tutmayacağı təqdirdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu bildirib.