ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 15-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı. Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, qarşı tərəfındə isə İmre Palatinus, İrje Aberle və Vladimir Çontulov keçirməliydilər. Lakin monitorinq keçirilən zaman erməni silahlı birləşmələri tərəfindən açılan atəş nəticəsində monitorinq dərhal dayandırılıb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri hadisənin səbəblərini araşdırırlar.