Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 20-də saat 15:30-dan 15:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:30-dək, 23:20-dən 23:40-dək, 23:00-dan 23:35-dək dekabrın 21-də saat 00:05-dən 00:15-dək, 00:20-dən 00:30-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:30-dan 21:05-dək və dekabrın 21-də saat 01:40-dan 01:50-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.