Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 21-də saat 17:30-dan 18:00-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqex kəndi ərazisində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərimizi;
- saat 18:00-dan 18:48-dək, 19:30-dan 19:40-dək Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 19:05-dən 19:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- dekabrın 22-də saat 00:05-dən 00:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.