ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayandəsinin mandatına uyğun olaraq, yanvarın 22-də Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrje Aberle keçirəcəklər.
Azərbaycanın beynəlxalq seviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfındə isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çontulov və Jaslan Nurtazin keçirəcəklər.