Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Yanvar 2010 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dünən (28 yanvar 2010) saat 18 radələrində Müdafıə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib. 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.