Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 24-də saat 09:15-dən 09:25-dək, 16:30-dan 16:45-dək, 22:00-dan 22:05-dək Ağdam rayonunun Yusifcanlı, Cəvahirli və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 13:40-dan 13:49-dək, 13:50-dən 14:00-dək, 15:50-dən 16:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:25-dən 19:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:50-dən 23:00-dək, 23:40-dan 23:55-dək, yanvarın 25-də saat 00:45-dən 01:00-dək;
- 01:40-dan 02:00-dək, 02:00-dan 02:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.