Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2010 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri qəbul edib.
Ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyətinin müzakirə edildiyi görüşdə müdafiə naziri Səfər Əbiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlərini səfirin diqqətinə çatdırıb. O qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilmədilər. Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbinindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır.
Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini təqdim edib.