Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıloba və Qapanlı, Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Sonra atışma geniş miqyaslı xarakter alıb.
Nəticədə əsgər Məmmədov Sahil Novruz oğlu (10.04.1991 Şəki RHK 04.2009), kiçik çavuş Fəracov Röyal Təşər oğlu (08.03.1991 Masallı RHK 04.2009), əsgər Rüstəmov David Sultanmuradoviç (22.07.1991 Xaçmaz RHK 10.2009 ) şəhid olub. Əsgər Adıgözəlov Elvin Murad oğlu (10.12.1990 Şəmkir RHK 01.2009) isə yaralanıb.
Düşmən cavab atəşi ilə susdurulub və bizdən az itki verməyərək geri çekilməyə məcbur edilib.