Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 25-də saat 15:30-dan 16:30-dək, 19:30-dan 19:40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi;
- saat 19:55-dən 20:15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:15-dən 20:35-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:30-dan 22:45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.