Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2010 00:01

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 22-də Azərbaycan Respublikasına rəsmi səfər edən Pakistan İslam Respublikasının müdafiə katibi Sayed Athar Alinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra pakistanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniş tərkibli görüşdə hər iki ölkənin müdafıə nazirlikləri arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf dinamikası müzakirə edilib. Nazir Səfər Əbiyev bildirib ki, Pakistanla yaxın əməkdaşlıq əlaqələri bir çox sahələrdə olduğu kimi hərbi sahədə də uğurlu nəticələri ilə nəzərə çarpır.
Görüşdə regionda hərbi-siyasi vəziyyət və işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə maneçilik törətməsi məsələlərinə də toxunulub.
Görüşdə Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli iştirak edib.