Aprelin 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafıə katibinin siyasi məsələlər üzrə müavini Mişel Homoyu qəbul edib. ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Cənubi Qafqazda hərbi-siyasi durum və Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərginlikliklər ətrafında da fikir mübadiləsi aparılıb. Müdafiə naziri Minsk qrupuna daxil olan həmsədr ölkələrin təcavüzkar Ermənistana qarşı təsirlərini artırmayacaqları halda regionda sülhün əldə edilməsinin mümkün olmayacağını bildirib. O, belə bir vəziyyətdə Azərbaycanın digər üsullara əl atmağa məcbur qalacağını qeyd edib.
Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib.