Mayın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollanderi qəbul edib.
Görüşdə Minsk Qrupu çərçivəsində ABŞ-ın həmsədr ölkə kimi fəaliyyətini gücləndirməsinin vacibliyini önə çəkən müdafiə naziri regionda təhlükəsizlik məsələləri, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti barədə də öz fikirlərini qonağın diqqətinə çatdırıb.
Görüş zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlığının inkişaf prioritetləri geniş müzakirə mövzusu olub.