Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2010 00:03

Müdafiə Nazirliyinin məlumatı

Mayın 11-də ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Görüşündə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. S.Əbiyev bildirib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində səyləri nəticə vermir və buna görə də aktivliyi artırmaq lazımdır. Nazir Səfər Əbiyev qeyd edib ki, bütün səylər münaqişənin dinc şəkildə həll edilməsinə yönəlməlidir, əks təqdirdə vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər.