Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2010 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin faşizm üzərində Qələbənin 65 illik yubileyi münasibəti ilə müharibə veteranları ilə görüşü olub.
Görüşdə nazir Səfər Əbiyev bildirib ki, qələbənin əldə edilməsində həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə misilsiz rəşadətlər göstəriblər. Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram" təsdiq etməsi barədə xüsusi sərəncam imzaladığını deyən Səfər Əbiyev bu qərardan irəli gələn tələblərin yerinə yetirilməsi ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən müxtəlif silsilə tədbirlərin həyata keçirildiyini bildirib.
Görüşün sonunda müdafiə naziri Səfər Əbiyev veteranları bir daha təbrik edərək onlara “Qələbənin 65 illik yubileyi medalı”nı təqdim edib, qiymətli hədiyyə və gül dəstələri verib.