AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 21-də saat 22:05-dən 22:30-dək Ermənistan Respublikasının Əzizbəyov rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Babək rayonunun Aşağı Buzqov kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.