AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 14-də saat 10:45-dən 11:00-dək və 22:25-dən 22:40-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:00-dan 17:05-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.