Ermənistanın silahlı birləşmələrinin təxribatı ara vermir. İyunun 21-də gecə saat 01:45 radələrində bir qrup erməni yaraqlısı yenidən Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hücuma keçiblər. Azərbaycan Silahlı Qüvvələri öz döyüş mövqelərini gücləndirərək düşmənə tutarlı cavab veriblər. Beləliklə, erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı ordumuz da bir itki verib.
1991-ci ildə anadan olan və 2009-cu ilin yanvarında Cəlilabad RHK-da çağırılan əsgərimiz Şükürov Elgün Rafıq oğlu şəhid olub.