“Bizim yol” qəzetinin 18 iyun tarixli sayında “Hərbiçilər arasındakı atışmada 7 nəfər ölüb” başlıqlı yazıya görə Müdafiə Nazirliyi məhkəməyə müraciət edib. Heç bir əsası olmayan, iftira dolu həmin yazıda bildirilir ki, guya Füzuli rayonu istiqamətində yerləşən hərbi hissədə “növbəti tükürpədici qətliam baş verib və 7 hərbi qulluqçu qətlə yetirilib”. Bununla da cəbhə xəttində gecə-gündüz keşik çəkən əsgər və zabit heyətinin şərəfinə zərbə vurmağa, Azərbaycan Ordusuna böhtan atmağa cəhd edilib.
Müdafiə Nazirliyi məhkəmədə “Bizim yol” qəzetindən dərc etdiyi məlumatın sübutunu tələb edəcəkdir.