Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 22-də saat 11:30-dan 11:45-dək və 18:10-dan 18:25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:10-dan 21:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18:00-dan 18:25-dək, 18:25-dən 19:00-dək və iyunun 23-də saat 01:15-dən 01:30-dək, 01:10-dan 01:45-dək və 02:00-dan 02:20-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çaylı, Qızıloba, Göyarx və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:30-dan 23:00-dək, 22:40-dan 23:00-dək və iyunun 23-də saat 00:10-dan 00:20-dək Ağdam rayonunun Sarıcalı, Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:10-dan 01:25-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi  yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.