Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 21-də saat 16:30-dan 16:40-dək, 21:30-dan 21:35-dək, 23:00-dan 23:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 19:05-dən 19:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:35-dən 23:50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:40-dan 17:50-dək, 21:40-dan 21:45-dək, 23:35-dən 23:50-dək, iyunun 22-də saat 00:10-dan 00:15-dək, 00:30-dan 00:50-dək, 04:15-dən 04:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 04:00-dan 04:20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.