Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 31-də saat 10:30-dan 10:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 11:35-dən 11:50-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14:50-dən 15:50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:40-dan 23:58-dək və iyunun 1-də saat 00:00-dan 00:15-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.