Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 2-də saat 08:15-dən 08:35-dək, saat 12:15-dən 12:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:30-dan 23:45-dək Ağdam rayonunun Sarıcalı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:30-dan 17:45-dək, iyulun 3-də saat 03:00-dan 03:30-dək, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı, Qorqan və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 3-də saat 04:15-dən 04:45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 2-də saat 17:05-dən 17:30-dək, iyulun 3-də saat 04:00-dan 04:15-dək, saat 05:00-dan 05:15-dək, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.  
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.