AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 6-da saat 17:50-dən 18:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- iyulun 7-də saat 00:10-dan 00:20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- 00:35-dən 00:47-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.