Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 9-da saat 10:30-dan 10:50-dək, saat 12:35-dən 12:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 12:15-dən 12:35-dək, saat 18:50-dən 19:20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 14:20-dən 14:30-dək, saat 15:00-dan 15:15-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15:30-dan 15:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- iyulun 10-da saat 01:20-dən 02:10-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 9-da saat 23:30-dan 23:35-dək, iyulun 10-da saat 00:25-dən 00:30-dək, saat 01:00-dan 01:20-dək, saat 03:15-dən 03:45-dək Ağdam rayonunun Kəngərli, Sarcalı, Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.