Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də saat 07:40-dan 07:55-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən  mövqelərdən;
- saat 11:25-dən 11:45-dək, saat 16:50-dən 17:20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;   
- saat 20:05-dən 20:30-dək, saat 22:45-dən 23:05-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.