Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 23-də saat 22:30-dan 22:40-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:55-dən 00:05-dək Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 24-də saat 01:00-dən 01:05-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 23-də saat 22:25-dən 22:45-dək, iyulun 24-də saat 02:40-dan 02:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.