Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahı qüvvələrinin bölmələri iyulun 25-də saat 16:00-dan 16:05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 07:30-dan 07:50-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- 11:45-dən 11:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- iyulun 26-da saat 00:50-dən 01:05-dək və 04:00-dan 04:20-dək Tərtər rayonunun Seysulan və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.