Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 30-da saat 11:50-dən 11:55-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi;
- saat 08:00-dan 08:10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 14:30-dan 14:50-dək və 17:10-dan 17:35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:05-dən 22:20-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:45-dən 23:05-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 31-də saat 01:50-dən 02:05-dək və 02:10-dan 02:20-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.  
İtki yoxdur.