İyulun 5-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Görüş zamanı nazir S.Əbiyev qeyd edib ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün öncə Ermənistan işğalçı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkməlidir. Bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin də bunu tələb etdiyini xatırladan nazir əks yolun ağır problemlər meydana gətirəcəyini bildirib. S.Əbiyev təcavüzkarın işğalcı siyasətini dayandırması üçün həmsədr ölkələrin daha təsirli tədbirlər görməsini tövsiyə edib.