AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu qəbul edib.
Müdafiə naziri səfirlik müddətini bitirən diplomata ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq məsələlərinin göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.
Görüşdə regionda mövcud hərbi siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb.