ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 23-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Uilyam Proyor keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfındə isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Jaslan Nurtazin və Xristo Xristov keçirəcəklər.