Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 5-də saat 00:40-dan 00:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi;
- avqustun 4-də saat 11:20-dən 11:25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 14:30-dan 14:40-dək və 21:30-dan 21:40-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:55-dən 23:05-dək və 22:50-dən 23:15-dək Ağdam rayonunun Qaraqaşlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:35-dən 22:55-dək, 23:45-dən 00:05-dək və avqustun 5-də saat 00:20-dən 01:10-dək Tərtər rayonunun Göyarx, Çaylı və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.