Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 5-də saat 15:20-dən 15:50-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən  mövqelərdən;
- saat 20:25-dən 20:55-dək, 22:50-dən 23:05-dək və 23:25-dən 23:55-dək Tərtər rayonunun Seysulan, Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:30-dan 23:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- avqustun 6-da saat 00:30-dan 00:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.