AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 6-da saat 14:30-dan 15:05-dək və avqustun 7-də saat 00:35-dən 01:40-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:20-dən 00:35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.