Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-da saat 22:45-dən 22:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- avqustun 20-də saat 02:50-dən 03:10-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:55-dən 01:10-dək və 03:40-dan 03:55-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.  
İtki yoxdur.