Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2010 00:02

Müdafiə Nazirliyinin məlumatı

Son günlər Ermənistanın xüsusi xidmət orqanlarına məxsus olan kəşfiyyat qrupları təmas xəttində təxribat məqsədilə əməliyyatlar keçirməyə cəhd etsələr də, qarşıları qətiyyətlə alınıb. Sentyabrın 11-də təxminən saat 17:00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun növbəti hiyləsi də dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri ələ keçib. Kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan saxlanılıb.
Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Hazırda təxribatın detalları üzərində araşdırma aparılır.